İslam İnqilabından sonra İranın elmi məhsullarının vəziyyəti necə olub?
Elmi məhsullar bir ölkənin inkişaf etməkdə olub-olmamasını göstərən bir meyar və ölçüdür. Buna görə də ölkənin elmi məqamının və elm istehsalı vəziyyətinin daimi izlənməsi, cəmiyyətin inkişaf prosesinin sağlamlıq vəziyyətinin göstəricisidir. Cəmiyyətin elmi tərəqqi səviyyəsinə baxmaqla, İslam İnqilabının çıxışlarından ələ gələn siyasətlərin nəticəsinin nə qədər bəhrə verdiyini görmək olar.
Ölkənin elmi istehsal səviyyəsi, bir çox etibarlı mənbələrdən araşdırılma qabiliyyətinə malikdir. Ölkələrin elmi vəziyyətini təhlil edən Science Matrix, İranın elmi inkişaf dərəcəsinin dünyanın elm istehsalı sürətindən 11 dəfə daha şox olmasını bildirib. Bu həqiqət, dünya miqyasında İran İslam Respublikasını elmdə inkişaf etməkdə olan ən sürətli ölkəyə çevirib.
Nüfuzlu analitik web-sayt və araşdırma məlumat platforması olan Web of Science da öz statistik araşdırmasında ölkələrin elmi vəziyyəti barədə maraqlı nəticələr təqdim edib. Bu satın verdiyi məlumata əsasən, İran 1977-ci ildə 669 məqalə dərc edib. Bu da İranın həmin ildə dünya üzrə elmi istehsal payının, 0.01%-dan daha az olduğunu göstərir. 2018-ci ildə elan olunan statistika, iranlı alim və tədqiqatçılar tərəfindən dərc olunan məqalələrin sayını 55 509 ədəd olduğunu göstərir. Bu da 82 dəfə artım deməkdir. Bu inkişaf, İran İslam Respublikasını tədqiqat və elmi istehsal üzrə ən üstün ölkələr sırasında 16-cı pilləyə yüksəldib.
Insights web-saytı da öz məlumatlarında 250-dən çox mövzuda müxtəlif ölkələrin elmi nəşrlərini dərc edib. Dünyanın 10 ən üstün elmi mövzusundakı statistika, göstərir ki, mühəndislik, elektrik enerjisi, elektronika sahələri iranlı tədqiqatçıların daha çox diqqət mərkəzində olub və bu sahədə ölkənin 23 344 elmi sənədi dərc olunub.
Elmi istehsal statistik araşdırmaları onu göstərir ki, İslam İnqilabından sonra İranın dünya üzrə elmi istehsaldakı payı, 1998-ci ildəki 0.07%-dən 2019-cu ildəki 1.98%-ə yüksəlib. Başqa sözlə desək, İranın dünya elm istehsalındakı payı, ölkə cəmiyyətinə nisbətən, təxminən iki dəfə çoxdur. Bu sürətli inkişaf, İslam Respublikasının ölkədə elmin inkişafı üçün nəzərdə tutulan ümumi siyasətlərinin nəticəsidir.
İslam İnqilabı baş verməklə ölkənin müxtəlif qrumlarında, o cümlədən universitetlərdə müstəqillik baxımından böyük addımlar atıldı. Universitetlərin kəmiyyət və keyfiyyətinin artması, İslam İnqilabından sonra və İnqilabın böyük rəhbəri İmam Xomeyni (r.ə) dövründə atılan mühüm addımlardan biri idi. Bu sahədəki gerililiyin əvəzlənməsi, ölkənin tərəqqisi yolunda irəliləməsi üçün yerinə yetirilməsi vacib olan ən mühüm işlərdən idi.
Elm yaradıcılığı və hərtərəfli proqram təminatı hərəkatı
Siyasi sistemdə və onun ardınca ölkənin elm sistemində İslam İnqilabının struktur dəyişiklərlər yaratmasından sonra növbəti mövzu, elm yaradıcılığına diqqətin ayrılması idi. Ölkədə elmi hərəkətin başlanğıc açarının İslam İnqilabı Rəhbərinin 2000-ci ildə Əmir Kəbir Universitetindəki çıxışları və proqram təminatı hərəkatı layihəsi olduğunu düşünmək olar. O, bu görüşdə ilk dəfə olaraq akademiklərdən proqram təminatı hərəkatının tələbi məsələsini bəyan edib:
“Bugün ölkənin akademiklərdən gözləntisi budur: Universitet gərək hərtərəfli və dərin proqram təminatı hərəkatını ölkənin, millətin ixtiyarına versin ki, çalışqan, zəhmətkeş olanlar öz təklifləri, elmi formatları və yenilikləri ilə İslam dəyərlərinə, İslam təfəkkürünə əsaslanan firavan və ədalətli bir cəmiyyətin həqiqi binasını ucaltsınlar. Bugün ölkəmiz universitetdən bunu istəyir.”

İran 2001-ci ildən böyük elmi hərəkətə başladı. İnqilab Rəhbəri, akademiklər qarşısındakı müxtəlif çıxışlarında elmi yaradıcılıq və elmi hərəkətin davamlılığını vurğulayıb. Elmi müstəqillik və elmi yenilik, yeni düşüncə, elm sərhədlərini aşaraq diqqəti texnologiyaya yönəltmək bu çıxışların əsas sütunlarıdır. Təhsil yanaşması və elmi yaradıcılıqdan kənara çıxan, elmi yenilikləri izləyən elmə, biliyinə yeni baxış.
İslam İnqilabı Rəhbəri, 2003-cü ildə ölkənin icra proqamlarına və mexnizmlərinə elmin daxil edilməsinin, həmçinin, elm yaradıcılığı və proqram təminatının müsbət gedişatı kənarında sənaye və universitetin birləşdirilməsinin zəruri olduğu bildirərək üzərində təkid edib. Əslində elm yaradıcılığı, daha böyük addım yəni, onu ölkənin inkişafı yolunda işlətmək üçün mühüm başlanğıc nöqtəsi idi.
Elm yaradıcılığı və proqram təminatı hərəkatına olan təkidlər ölkənin, dünyanın elm istehsalı siyahısında 16-cı yerdə qərarlaşması ilə nəticələndi. Dünya əhalisinin 1%-ni təşkil etdiyi halda, dünyanın elm yaradıcılığının təxminən 2%-ni öz adına yazdırdı. Onu da qeyd etmək lazımdır ki, bu inkişaf, ölkənin akademik və elmi cəmiyyətinin yalnız 3/1-nin səylərinin nəticəsidir.
Milli Elit Fondunun yaradılması
Elm və universitetə baxışda köklü fərqlərdən əlavə, Pəhləvi rejiminin siyasətlərinin və müxtəlif statistikaların araşdırılması göstərir ki, bu dövrdə ölkənin makro siyasətləri, daha çox normal bacarıq səviyyəsində fəhlə insan qüvvəsi təlimi və inkişafı, elm yaradıcılığında, sənayedə və texnologiyada təlim görmüş qüvvələrin olmamasıdır. Mütəxəssis insan qüvvəsinin azlığı, İranın bu dövrdə üzləşdiyi başqa bir problem idi.
Buna görə də ölkənin elmi hərəkətinin formalaşmasının, güclənməsinin, ölkənin ehtiyaclarının və problemlərinin həlli üçün onun yönləndirilməsinin mühüm bir qola ehtiyacı var idi. Bu hərəkəti formalaşdıra biləcək insan qüvvəsinin yetişdirilməsi, Milli Elit Fondunun yaranması ilə nəticələndi.Bu fondun ilk missiyası, mənəvi sərmayələrin yəni, elit insan qüvvəsinin qorunması və yetişdirilməsidir; ölkənin inkişafının əsas yükünün çiyinlərinə düşən qüvvə.
Böyük Məqamlı Rəhbər, ölkənin elmi inkişafının başlandığı ilk illərdən bu təbəqənin işləri ilə məşğul olmaq məqsədi ilə Milli Elit Fondunun yaradılmasını xüsusilə vurğulayırdı. Bu məsələ, onun 2004-cü ildə elita ilə görüşündə bəyan olunub və cəmiyyətdə elitanın yetişdirilməsi, istedadların müəyyən edilməsi, onların lazımlı və uyğun fəaliyyətlərə yönəldilməsi, elitaya diqqət, onların problemləri ilə məşğul olmaq və bu təbəqənin təkliflərinin nəzərə alınmasına nisbətdə ümumi baxışın olmasını bu fondun ən əsas vəzifələrindən olduğunu bildirib.

Prezident yanında elm və texnologiya müavinliyinin yaradılması
2001-ci ilin əvvəllərindən texnologiya və sənaye ilə universitetin əlaqəsinə diqqət, ümumi siyasətdə əhəmiyyətli məsələlərdən birinə çevrilmişdi. İnqilab Rəhbəri, 2001-ci ildə o vaxtkı hökumətin idarə heyəti ilə görüşdə Prezident yanında elm və texnologiya müavinliyinin yaradılması ideasını bəyan edib. Beləliklə də bu cəmiyyət, dövlətin digər fəaliyyətləri kənarında akademik elmlərin tətbiq sahəsinə tərəf yönləndirilməsini təşkil etsin.
Nəhayət bu qrum, 2006-cı ilin sonlarında təşkil olundu. Sərmayə yatırmaya və ideaların kommersiyalaşdırılmasına dəstək də Böyük Məqamlı Rəhbər tərəfindən çatdırılan ölkənin məşğuliyyət sahəsindəki ümumi siyasətlərindən idi. Bu illər ərzində elm, sənaye və elitanın birləşdirilməsinə olan diqqət, inkişaf proqramları və siyasətlərində bəyan olunan mühüm nöqtələrdən biri idi.