İranın nanotexnologiya ixracat bazarının hesabatlarının araşdırlması onu göstərir ki, ABŞ-ın adı İrana məxsus avadanlıqların müştəriləri arasında gözə dəyir.
Xarici KİV-in Nanotexnologiyanın İnkişafı Mərkəzinin hesabatına əsasən verdiyi məlumata görə, nanotexnologiya sahəsində fəaliyyət göstərən elm təməlli 325 şirkət tərəfindən hal-hazırda 1200-dən çox nano məhsul istehsal olunaraq bazara çıxarılır. Bu şirkətlərin 2021-ci ildəki satış məbləği, ondan əvvəlki ilə nisbətən 7 trilyon tümən (təxminən 240 milyard dollar) artaraq, 18 trilyon tümənə (təxminən 620 milyard dollar) çatıb.
Nanotexnoloqların bu satışı ölkə daxili ehtiyacların təmin edilməsi ilə yanaşı, dünyanın bir çox nöqtələrinə ixracata şamil olur. Bu illər ərzində nano məhsul istehsalının inkişafı ölkə daxili istehlakdan əlavə dünyanın 45 ölkəsinə ixrac edilib. Statistikalar göstərir ki, İranın nano məhsulları bazarının 7%-dən çoxunu xarici bazarlar təşkil edir.
İraq 21 milyon dollarla İranın nano məhsullarının ən böyük müştərisidir. İraqdan sonra Türkiyə 12 milyon dollarla İranın nanotexnologiya məhsulları və malları ixracat etdiyi ölkələr arasında ikinci yerdə dayanır. Livan, Gürcüstan və Əfqanıstan da ardıcıl olaraq nano məhsulların xarici bazarının növbəti pillələrində dayanırlar.
İranın nano məhsullarının xarici istiqamətləri arasında ABŞ-ın adı da gözə dəyir. ABŞ-ın İran xalqına qarşı sanksiyalarına baxmayaraq, bu ölkənin İrandan olan idxalı, maraqlı və ikili rəftardır. Bu iş, həm də onu göstərir ki, sanksiyalara baxmayaraq, İranın qabaqcıl məhsulları dünya bazarında öz yerini tapmağı bacarıb.
İranın nano məhsullarının sanksiya şəraitində ABŞ-a daxil olması ilk dəfə Ali Milli Təhlükəsizlik Şurasının üzvü Səid Cəlili tərəfindən açıqlanıb. O, Twitter səhifəsində bildirib: ABŞ-ın bir tərəfdən ikinci dərəcəli sanksiyalarla digər ölkələri İrandan neft almalarına görə cəzalandırmağı, digər tərəfdən də özünün, İrandan inkişaf etmiş nanotexnoloji məhsullar almaq üçün birinci dərəcəli sanksiyaları görməməzlikdən gələrək, o məhsulları başqa vasitəylə öz ölkəsinə daxil etməsi, ölkənin (İranın) inkişaf və düşmənin geridə qalma əlamətlərindəndir.

ABŞ-ın neft sanksiyaları illərdir ki, digər mövzularda, o cümlədən elmi, texnoloji və hətta səhiyyə sahələrində də tətbiq olunub. Son illər ərzində neft avadanlıqları və texnologiyalarının təmin olunması sahəsində, İrana avadanlıq satanların hamısı dünyanın bütün ölkələri tərəfindən sanksiyaya məruz qalıb. İrandan məbləği 1 milyon dollardan çox olan nano məhsulların idxalı onu göstərir ki, bu ölkə (ABŞ) digər ölkələri İranla qarşılıqlı əlaqələri azaltmaq üçün təzyiq altında saxlamasına baxmayaraq, özü, İrandan özünə lazım olan məhsulların təmini üçün addımlar atır.
Bundan əvvəl də İranda laboratoriya avadanlıqalarının istehsalçılarından biri, İngiltərədə İran lisenziyası əsasında laboratoriya məhsullarının yığılması və Amerikaya ixrac edilməsi barəsində xəbər vermişdi. Bu kimi sübutlar onu göstərir ki, nanotexnologiya sahəsindəki İran məhsulları dünya bazarındakı mövcudluğu üçün lazım olan standartlara sahib olmasından əlavə, ABŞ bazarından da müştəriləri var. Əgər sanksiya olmasaydı, bəlkə də daha geniş bazar İrana məxsus elm təməlli şirkətlərin ixtiyarında olardı. İranın nano məhsulları müxtəlif sənaye sahələrində istehsal olunur ki, onların çoxu, nəqliyyat, xammal və avadanlıqlar sahəsinin payına düşür. İranın nano məhsulları arasında daha çox tərəfdara sahib 3-cü sahəsi olan avadanlıqlar sahəsində, Qazaxıstan, ABŞ və Rusiya İran məhsullarını ən çox istəyən 3 ölkədir.
Eləcə də, elektro-optika sahəsindəki nano məhsullar sahəsində, İran istehsalı olan nano məhsulların ixrac edildiyi əsas ölkə İraqdır. Tekstil sahəsində ardıcıl olaraq İraq, Pakistan və Əfqanıstan, dərman və sağlamlıqla bağlı məhsullar sahəsində Türkiyə, Suriya ixrac olunan əsas ölkələrdirlər. Bu sahədə İraq 3-cü sıradadır.
Digər tərəfdən, İran ümumilikdə 2021-ci ilin sonuna qədər ABŞ və Avropa patent ofislərində nanotexnologiya ilə bağlı 307 ədəd ixtira dərc edib. 2021-ci ildə Amerikanın Patent İdarəsində (USPTO) İrana məxsus patentlərin sayı 21 olub. Buna görə, 2021-ci ildə USPTO-da qeydə alınmış patentlərdə İran 24-cü yerdə olub. Nanotexnologiya ilə bağlı bu sayda ixtira, ABŞ və Avropanın patent qeydiyyatı idarələrində İranın qeydə alınmış bütün patentlərinin təxminən 30%-ni əhatə edir.