“Son həftələrdə İranla aparılan nüvə danışıqlarında bəzi irəliləyişlər olub.”
SalamNews CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Katibliyinin sözçüsü Ned Prays deyib.
O, mətbuata son açıqlamasında İranla aparılan nüvə danışıqlarında bəzi irəliləyişlərin olduğunu deyib, lakin bununla yanaşı ciddi irəliləyişin əldə edilməsindən söhbətin hələ tez olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiyanın Vyanada beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, İranın nüvə proqramı üzrə sazişin bərpasına dair danışıqlarda “danılmaz irəliləyiş” olub.