Ağ Ev rəsmisi İran PUA-larının qüdrətini etiraf edərək deyib: Amerikalılar İran pilotsuzlarının qüdrətini öz gözləri ilə müşahidə edib.
Fars Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi İran İslam Respublikasının pilotsuz uçuş aparatlrının strateji əhəmiyyətindən nigaranlıq hissini büruz edərək deyib ki, ABŞ Asiyanın qərbinə hücumları zaman bu ölkə PUA-larının qüdrətini öz gözləri ilə gördü.
Con Kirbi çərşənbə günü keçirdiyi mətbuat konfransında həmçinin Amerikanın Rusiyanın Ukrayna bəzi torpaqlarını öz ərazilərinə keçirmək istədiyi haqda xəbəri olduğunu da iddia edib.
ABŞ-ın bu rəsmisi Rusiyanın Ukraynadakı mövqeyinə rəsmi Vaşinqtonun münasibətini bildirərək deyib: Ehtimal üzrə Moskvanın müharibə gücünü azaltmaq üçün Rusiyaya qarşı embarqolar artırılacaq.
Con Kirbi həmçinin Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Təyyib Ərdoğanın Tehran səfərinə reaksiya bildirib. O, Tehran-Moskva əlaqələrinin tarixi barədə heç bir fikir bildirmədən iddia edib ki, V.Putinin bu İran səfəri ehtiyacdan irəli gələn bir səfərdir. Çünki Ukraynaya hücum çox sürətli formada inkişaf edir və müharibə səngimədən davam edir.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru İranın Rusiyaya PUA satması haqda heç bir əlamətin olmadığını da bəyan edərək əlavə edib: Bu heç də Rusiyanın PUA alqı-satqısına meylli olmaması mənasını daşımır.
Kirbi həmçinin deyib: İranın pilotsuz sistem istehsalı qüdrəti var və biz bu sistemləri Suriya və İraqda bizim əleyhimizə istifadə edilən zaman öz gözlərimizlə müşahidə etmişik. Elə bu səbəbdən də biz alqı-satqı müqavilələrini tam ciddiyyətlə izləyirik.
C.Kirbi Tehranda Putin-Ərdoğan görüşünə də öz münasibətini bildirib: Bu barədə dəqiq məlumatımız olmasa da Rusiya müzakirələrində Türkiyə və Ukrayna taxılının Qara Dəniz yolu ilə azad tranzit olunacağına ümid edirik.
O, Aralıq Dənzində daha iki ABŞ hərbi gəmisinin artırılmasından xəbər verərək vurğulayıb: Prezident Bayden əvvəllər də Avropada təhlükəsizliyin tam fərqli cəhətdə dəyişdiyini demişdi və NATO quru qoşunlarının şərq sektorunda hərəkətinin daha da sürətlə inkişafı gözlənilir.
Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru eləcə də “Fact News” müxbirinin İranla nüvə danışıqları barədə Vendi Şermanın bəyanatına münasibət bildirərkən iddia edib: ABŞ dövləti Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP)”nına geri qayıtmasını bir növ İranın nüvə silahına sahib olmaması və yaxud bir maneə yaratması üçün bir vasitə olacağına inanır və bu isə bizim əsas məqsədiizdir.
Kirbi Vaşinqtonun köhnə iddiaları təkrarlamasını da bir növ topu İranın meydanına atmaq üçün dəyərləndirərək əlavə edib: Razılaşma sadəcə masa arxasında baş verir və indi İran nə qərar verəcəyini özü bilər. Bu razılaşma baş tutarsa, onda bir sıra sanksiyalar götürülə və əvvəlki dövlətin Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP)”nından çıxmadan öncəki şərait qurula bilər. Amma yenə də əsas məqsəd məlumdur.
ABŞ rəsmisi Fax News müxbirinin BHFP-yə dönüşün Amerikada yanacaq qiymətinə təsiri barədə sualının cavabında deyib: Bilirsiniz, təbiidir ki, bizim paralel potensial mənafelərimiz də olacaq.
Kirbi mətbuat konfransının davamında Vaşinqtonun İrana qarşı siyasətlərinin əvvəlki respublikaçılar dövlətindəki kimi sərt olduğunu xatırladaraq deyib: Onlar (İranı nəzərdə tutur) sentrifuqalarının idarəetməsi siyasətini dayandıraraq vədlərinə sadiq qalarlarsa, həmçinin bu zəmində ən çətin və ən sərt nəzarət forması ilə razılaşıb bu günə kimi əldə edilən hər bir müqayisəli razılaşmalara geri dönərlərsə, embarqoların götürülməsi prosesinə nail ola bilərlər. Beləliklə də onların iqtisadiyyatında nəfəs almaq üçün müəyyən fəza yarana bilər və nəticədə neft bazarında daha rahat fəaliyyət göstərə bilərlər.
ABŞ rəsmisi həmçinin “Kamal Xərrazinin – İranın 90%-lik uran istehsalı üçün texniki imkanları var” sözləri haqda verilən suala cavabda deyib: Elə ona görə də president Bayden razılaşmaya israrlıdır və biz indi buna hazırıq.
Ağ Ev rəsmisi İran əleyhinı iddialarını yenidən təkrarlayaraq deyib: Əlbəttə, razılaşma bütün problemləri həll etməyəcək. Onlar nüvə fəaliyyətlərinə nəzarət məsələsində bizimlə razılığa gəlib kontrolu qəbul edərlərsə, başlıca problemlər həll olunacaq. Amma günü-gündən inkişaf edən ballistik raket məsələsi və onların terror təşkilatlarına verdiyi dəstək gündəmdə qalacaq. Bu sahədə (Fars) Körfəz(in)də dənizçilik təhlükəsizliyi də həll olunmamış problemlərdən biridir. Ümumilikdə isə bütün bu məsələlərə fokuslandıqda isə (ABŞ) prezidentin səfərinin əhəmiyyətinin fərqinə varmış oluruq.