İran İsfahanda keçirilən Ümumdünya Fizika Olimpiyadasında 1 qızıl və 4 gümüş medal qazanmaqla Çin, Rusiya və Rumıniyadan sonra 4-cü yeri tutub.
54-cü Ümumdünya Fizika Olimpiyadasının baş katibi deyib: İştirakçıların 17%-i gümüş və 25%-i isə bürünc medal qazanıb.
Babayi əlavə olaraq deyib: Çin komandası 5 qızıl medal, Rusiya komandası 4 qızıl və 1 gümüş medal, Rumıniya komandası 3 qızıl və 2 gümüş medal, İran komandası isə 1 qızıl və 4 gümüş medal qazanaraq, fərdi və qrup xalları baxımından birinci və dördüncü yerləri bölüşüblər.
O, İranın şagird komandasının dünya üzrə 17-ci olduğu əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə inkişaf etdiyinə toxunaraq, İranın qazandığı gümüşlərdən birinin qızıldan azacıq fərqləndiyini bildirib.
54-cü Ümumdünya Fizika Olimpiyadası dünyanın 47 ölkəsindən olan 200 şagirdin iştirakı ilə İsfahan Sənaye Universitetində keçirilib.
İsfahan Sənaye Universiteti 2007-ci ildə də Ümumdünya Fizika Olimpiyadasına ev sahibliyi edib.