İran HPV peyvəndini istehsal edən 3-cü ölkədir və bu peyvəndin kütləvi istehsalı növbəti illərdə ölkəyə illik olaraq 50 milyon dollar valyuta gətirəcəyi gözlənilir.
Xarici KİV-in Prezident yanında Elmi Müavinliyə istinadən verdiyi məlumata görə, elm təməlli şirkətlərdən biri ölkənin ehtiyac duyduğu peyvəndlərin hazırlanması məqsədi ilə 2018-ci ildə öz fəaliyyətinə başlayıb. Bu şirkət cəmiyyətin sağlamlığının artırılması məqsədi ilə insan peyvəndlərinin istehsalına başlamış və bu istiqamətdə milli prioritetləri nəzərə alaraq, üç peyvəndin mövsümi qrip peyvəndi, rotavirus peyvəndi və HPV peyvəndini hazırlamağa başlamışdır.
Dünyada insan peyvəndlərinə olan kütləvi ehtiyacı, region istehsalçıların və qlobal istehsal imkanlarının məhdudluğunu nəzərə alaraq, şirkət hər bir məhsulun bazarına daxil olduqdan sonra beynəlxalq lisenziyaları, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatının lisenziyasını əldə etməklə məhsulların ixrac bazarını genişləndirməyə diqqət yetirəcək.
HPV (insan papilloma) peyvəndinin istehsalına dair texniki bilik dünyada peyvənd istehsalının ən mürəkkəb texnologiyalarından biridir və bu şirkət bu peyvəndi tam olaraq lokallaşdırmağı bacarıb. Bu peyvəndin kliniki araşdırmaları keyfiyyətə nəzarət testləri və preklinik araşdırmları keçdikdən sonra 2019- cu ilin iyul ayında sağlam könüllü insanlar üzərində başlanılıb. Peyvəndin antikor titrin artmasında təsirli olması və onun təhlükəsizliyi sübut olunduqdan sonra 2020-ci ildə mart ayında bazara daxil olmaq üçün İranın Qida və Təhlükəsizlik Təşkilatının icazəsini alıb.
Bu elm təməlli şirkətin baş direktoru bu peyvəndin hazırlanmasının əhəmiyyəti barəsində deyib: Son illərdə Səhiyyə Nazirliyinin hesabatına əsasən, uşaqlıq boynu xərçəngi xərçəglərin yayılmasında beşinci pilllədən ikinci pilləyə düşüb. Bu virusun diaqnostik prorqamları ölkəmizdə sığortaya daxil olmadığından və həmçinin bu virusun ölkə səviyyəsində kökünün kəsilməsi üçün anti-virus peyvəndlərinin idxal olunması heyrətamiz xərclərə səbəb olduğundan, demək olar ki, virusun fiziki və mənəvi zərərlərinin qarşısının alınması üçün ən yaxşı həll yolu bu peyvəndin ölkə daxilində kütləvi və sərfəli istehsalıdır.
O, həmçinin bu peyvəndin xarici nümunələri ilə müqayisədə rəqabət üstünlüyünün daha ucuz qiymətə, amma eyni keyfiyyətə malik olmasını bildirərək deyib: İran bu peyvəndin 3-cü istehsalçı ölkəsidir və bu mövqe bu peyvəndin beynəlxalq bazarında əhəmiyyətli bir paya malikdir. Bu peyvəndin növbəti illərdə kütləvi istehsalı ilə ölkəyə illik olaraq 50 milyon dollar valyuta gətirəcəyi gözlənilir.
O, sözlərinin davamında deyib: İran universitetlərinin bir qrup gənc elitası və ən yaxşı professorlarının davamlı səyləri ilə, bir il müddətinə geniş araşdırma mərhələsinin başlamasından və ilkin nəticələr əldə edildikdən sonra HPV peyvəndinin istehsal layihəsi şirkət tərəfindən Prezident yanında Elmi Müavinliyə təqdim olunub ki, bu da milli baş plan kimi təsdiq olunub. Həmçinin bu layihə Tehran Universiteti tərəfindən ən yaxşı idea olaraq tanınıb. 3 il tədqiqat, inkişaf və bu məhsulun laboratoriya və yarı sənaye ölçüləri ilə istehsalından sonra kliniki sınaq təsdiqləndikdən sonra bazara daxil olması üçün bu məhsul kütləvi istehsala hazır olub.
O, həmçinin deyib: bu virus HPV-ə bağlı olan xərçənglərin təxminən 70%-nin səbəbidir və peyvənd HPV-dən yaranan xərçənglərin qarşısını almaq üçün ən yaxşı yol kimi təqdim olunur. Bazarda Gardasil brendi ilə Papilloqard peyvəndinin xarici nümunəsi mövcuddur, amma digər yerli nümunəsi yoxdur. İran peyvəndinin ümumi dəyəri xarici nümunəsinin dörddə birinə bərabərdir.
O, qeyd edib: Şirkətimizin ildə 15 milyon doza istehsal etmə qabiliyyəti var və biz Orta Şərq və Şimali Afrika regionunun ehtiyacını tamamilə aradan qaldıra bilərik.
Onun sözlərinə görə, HPV peyvəndinin ən yaxşı şəkildə işləməsi üçün hər hansı cinsi fəaliyyətə başlamazdan öncə hər üç dozanın alınması çox vacibdir. Həmçinin aşağı yaşda peyvəndin tətbiqi yuxarı yaşdakı tətbiqlə müqayisədə daha yüksək ankitor səviyyə yaradır.
Papilloqard peyvəndinin üstünlüklərindən çarpaz qorunma xüsusiyyətinə görə dgər kanserogenlər (33, 45, 31, 35, 52, 58) qarşısında qorunma, immun sisteminin daha çox gücləndirilməsi və unikal formulaya (daha yüksək antikor titri) görə istisaslaşması və təxminən 11 il qorumaya işarə etmək olar.
Şirkətin baş direktoru ölkədə insan papilloması viriusunun yayılmasına toxunaraq deyib: Daha yaxşı olar ki, Papilloqard peyvəndi 9-15 yaş arası vurulsun və biz bu peyvəndi ölkənin peyvənd proqramına daxil etməyə çalışırıq ki, bütün 9-15 yaşlı xanımlar onu ala bilsin.