İran “qum zənciri”-nin azsaylı istehsalçıları arasında

MINEX 2023 beynəlxalq sərgi çərçivəsində qabaqcıl mədən maşın avadanlıqları nümayiş olunub. Bu avadanlığın istehsalına dair texniki bilik hal-hazırda İran da daxil olmaqla, bir neçə ölkənin ixtiyarındadır.

Xarici KİV-in verdiyi məlumata görə, ölkədə ilk dəfə olaraq lokallaşmış yol tikintisi və mədən maşın hissələrinə məxsus elm təməlli qum zəncirləri məhsulu İnnovasiya və Rifah Fondunun rəhbərinin iştirakı ilə İranın mədən və mədən sənayesində investesiya fürsətlərinin 12-ci beynəlxalq sərgisində nümayiş olunub.

Yol tikintisi və mədən maşınları avadanlıqlarının əsas komponentlərindən biri, buldozerlər və mexaniki ekskavatorlara məxsus “qum zəncirləri”-dir. Bu zəncirlər qum, torpaq yaxud daş səthləri kimi müxtəlif səthlər üzərində yerləşdiklərinə və ağır çəki daşıdıqlarına görə, aşınmaya məruz qalır və dəyişilməyə, yenidən nəzərdən keçirilməyə ehtiyacları olur.

Bu məhsul lehimli poladdan hazırlanıb. Bu hissənin dizayn və istehsalındakı əsas məsələ onun istehsalı üçün lazım olan istilik prosesi və bərlik miqdarıdır.

Qum zəncirlərinin istehsalına dair texniki biliyə İtaliya, Cənubi Korea və Çin də daxil olmaqla, bir neçə ölkə sahibdir. Amma elm təməlli Felzkob Forging Industries Co tədqiqatçılarının səyləri nəticəsində bu hissənin istehsalın dair texniki bilik ölkədə (İranda) lokallaşaraq kütləvi istehsal həddinə çatıb.

İran bu nailiyyətlə qum zəncirlərinin azsaylı istehsalçıları arasına qoşulub və inhisarın qırılmasında, bu məhsulun idxalındakı problemlərin aradan qalxmasında mühüm addım atılıb.

Bu elm təməlli şirkət illik olaraq 4 min tel qum zəncirinin istehsal gücünə malikdir. Qum zəncirləri, alt hissələrinin və qayışların istehsalına münasib investesiya qoymaqla, bazar ehtiyacının tam təmin olunması və ixracata zəmin yaranmasından əlavə, il ərzində ölkədən 30 milyon dollar valyuta çıxarılmasının qarşısı alınır.

Elm təməlli şirkətin icraçı direktoru Məhəmməd Hadi Məclisi bu məhsulun istehsalı barəsində deyib: Yol tikintisi və mədən maşınlarının iş və fəaliyyət prosesi nəzərə alınmaqla onların təxminən 50% xərcləri alt hissələri və qayışlara bağlıdır.

O, deyib: Alt hissələri və qayışların istehsalı istiqamətində ölkə daxilində istehsalçı yoxdur. Bu hissələrin əksəriyyəti bu məhsulun istehsalına dair texniki biliyə sahib olan Cənubi Korea, İtaliya və Çin kimi ölkələrdən idxal olunur ki, bu da yüksək valyuta ixracına səbəb olur.

Bu elm təməlli şirkətin icraçı direktoru əlavə olaraq deyib: KOMATSU, CATERPILLAR kimi məşhur brendlər bu hissələri öz maşınları üçün düzəldirlər və ITM, ITR, DCF da daxil olmaqla, digər bir neçə böyük şirkət yol tikintisi və mədən maşınlarının alt hissələri və qayışlarının ixtisaslaşmış istehsalçılarıdır.

Məclisi bu şirkətin tədqiqatçılarının qum zəncirlərinin istehsalını lokallaşdırmağa nail olmalarına işarə edərək deyib: Bu şirkətin mütəxəssisləri və işçilərinin əks mühəndislik üsuluna söykənərək və mövcud olan avadanlıqlardan istifadə edərək göstərdikəri səylər nəticəsində, bu məhsulun istehsalına dair texniki bilik əldə edib, bu məhsulun ilk dəfə olaraq ölkədə istehsal olunmasına nail olmuşuq. Tədqiqat və sınaq nümunələri istehsal olunduqdan sonra funksional hissə də uğurla istehsal olunaraq sınaqdan keçib və hal-hazırda bu məhsulun kütləvi istehsalına başlamışıq. Qum zəncirlərinin kütləvi istehsalı ilə yanaşı, yol tikintisi və mədən maşınlarının digər alt hissələri və qayışlarının dizayn və istehsalı da gündəmdədir.

Məclisi deyib: Hal-hazırda 60 nəfər işlə məşğuldur. Əgər bu layihə tam şəkildə və maksimum tutumla icra olunarsa, ölkədə yeganə qum zənciri istehsalçısı olduğumuzu nəzərə almaqla, 400 nəfər işlə təmin oluna bilər.

O, vurğulayıb ki, lazımi investesiya cəlb olunarsa, nəzərdə tutulan məhsulları Çin məhsulları ilə müqayisədə rəqabətli qiymətlə bazara çıxara bilərik və bununla da ixracat üçün çox yaxşı zəmin reallaşacaq.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir