Kök Hüceyrələri Texnologiyasının və Regenerativ Təbabətin İnkişafı Mərkəzinin dəstəyi ilə yerli və texnoloji imkanlar qan xəstələrinə kömək üçün qan radiasiya aparatının hazırlanması ilə nəticələndi.
Xarici KİV prezident yanında Elm, Texnologiya və Elm təməlli İqtisadiyyat müavininə istinadən bildirib ki, Kök Hüceyrələri Elmlərinin, Texnologiyasının və Regenerativ Təbabətin İnkişafı Mərkəzinin katibi Əmir Əli Həmidiyyə Mərkəzin bu sahələrdə ölkə imkanlarının inkişafı yönündəki vəzifəsinə işarə edərək deyib: Bu günlərdə bir çoxları, o cümlədən hematopoetik (qan yaradan) kök hüceyrələri transplantasiyası namizədi, immunitet azlığı xəstələri, inkişafdan qalmış körpələr və s. ehtiyaclılar qan köçürmələri yerinə yetirirlər. Gərək onların istifadə etdiyi qan məhsulları şüalandırılsın.
O, vurğulayıb: Bu xəstələrdə şüalandırılmamış qan köçürməsi, hətta xəstənin ölümü ilə nəticələnə bilər.
Həmidiyyə, quru işdə qamma şüalanma sisteminin hazırlanmasına işarə edərək deyib: Mərkəzin prioritetləri elə bir formada planlaşdırılıb ki, texnologiyanın yaranması və inkişafı üçün lazım olan infrastrukturu, elm təməlli məhsulların istehsalı və sonda arzu olunan müalicə xidmətləri əldə oluna bilər. Bu baxımdan, bu aparatın hazırlanması dəstəkləndi.
Kök Hüceyrələri Elmlərinin və Texnologiyasının İnkişafı Mərkəzinin katibi əlavə olaraq deyib: Bu aparatın hazırlanması ölkədə sağlamlığın yüksəlməsinə səbəb olacaq və valyutanın (xaricə) çıxarılmasının qarşısını alacaq.
Bu aparat, prezident yanında Elm, Texnologiya və Elm təməlli İqtisadiyyatın Kök Hüceyrələri Elmlərinin və Texnologiyasının İnkişafı Mərkəzinin, İran Qan Köçürmə Təşkilatının və Parse şüa prosessoru şirkətinin həmkarlığı ilə hazırlanır.