Nano texnologiyaları bazarının genişlənməsi İranın nano texnologiya sahəsinin genişlənməsi proqramının əsl hədəflərinin bir hissəsidir. Bu məhsulların ixracının artması, xarici bazarlara yol tapılması və yeni bazarların kəşfi, ölkənin ixracat sektorunun rəngarəngliyinə, nano texnologiyaları sahəsində aktiv olan şirkətlərin dayanıqlı olmasına kömək edir.
Mütəxəssislərin fikrincə ixrac, bir ölkənin dünya ilə qarşılıqlı əlaqəsini və mübadilələrini göstərmək üçün ən yaxşı göstərici ola bilər. Həmçinin, o ölkənin istehsal və xidmət sahəsində bir növ qüdrəti hesab oluna bilər. İxracatın bu əhəmiyyətli funksiyasının kənarında digər ölkələrə xidmət və məhsul satışının valyutası nəzərdən qaçırılmamalıdır.
Nano texnologiya sənayesi İranda öz inkişaf və genişlənmə prosesini çox yaxşı formada keşmiş texnologiya sahələrindən biridir. Neçə illərdir ki, bu zəmində dünya bazarı ilə rəqabətdə məhsullar istehsal edib təqdim edir. Buna görə də, İran istehsalı olan bu keyfiyyətli məhsulların dünyanın digər ölkələrinə daxil olması bir zərurət, Elm, Texnologiya və Elm təməlli İqtisadiyyat müavininin izlədiyi mühüm hədəfdir.
Nano Texnologiyaları İnkişafı Mərkəzi prezident yanında Elm, Texnologiya və Elm təməlli İqtisadiyyat müavini də bu məhsulların dünya bazarına girişi üçün bazara qədərki texnologiya dəhlizi altında fəaliyyətə başlayan və nano məhsulları bazarının inkişafına kömək edən proqramların icrası ardıncadır.
Mərkəz tərəfindən verilən statistikaya əsasən, 2021-ci ildə nano texnologiya şirkətləri 62 milyon dollar qiymətində olan texnologiya məhsullarının ixracatına nail olublar.
Hesabatlar onu göstərir ki, 2019-cu ildən bəri nano texnologiyasının və bu texnologiyaya əsaslanan məhsulların ixracatının həcmi yüksəlmiş və 2021-ci ildə bu məhsulların ixracatı ondan əvvəlki ilə nisbətən 53% artmışdır.
Nano texnologiya istehsal edən şirkətlər 2021-ci ildə öz məhsullarını 48 ölkəyə ixrac edib.
Türiyə və İraq İran istehsalı olan məhsulların ən mühüm ev sahiblərindəndir. Elm təməlli şirkətlər bu iki ölkəyə 10 milyon dollardan yuxarı ixracat həyata keçiriblər.
Bu məhsulların digər müştəriləri Rusiya, Hindistan, Qazaxıstan, Amerika, İngiltərə, Monqolustan, Pakistan və başqa ölkələrdir.