206 helikopterinin virtual reallıq simulyatoru oturacağı Ordunun Quru Qoşunlarının 2023-cü il təlimləri çərçivəsində təqdim olunub.
Xarici KİV-in verdiyi məlumata əsasən, gənc Havaniruz pilotlarının təlim məharətlərinin asanlaşdırılması istiqamətində 206 helikopterinin virtual reallıq simulyatoru dizayn olunaraq istehsal edilib.
Qabaqcıl sistemlərə sahib olan bu simulyatorun real helikopterə uyğun olaraq təlim səmərəsi var və pilotlara real uçuş kimi virtual uçuş imkanı verəcək.
Bu məlumata əsasən, 206 helikopterinin virtual reallıq simulyatoru oturacağı pilot kabinetinə ehtiyac olmadan təlim effektivliyi, asan təmir olunması və qorunması, asan daşınması və təlim xərclərinin azaldılması da daxil olmaqla, müxtəlif xüsusiyyətlərə malikdir.
Helikopterin virtual reallıq simulyator sistemi universal proqram yazılma xüsusiyyətini nəzərə almaqla, bütün növ uçuş təlimlərini əhatə edə bilir.
206 helikopterinin virtual reallıq simulyatoru oturacağı Ordunun Quru Qoşunları səviyyəsində yerli mütəxəssislərin əli ilə hazırlanıb və onun istehsalında istifadə edilmiş cihazların heç bir hissəsi ölkə xaricindən gətirilməyib.