13 il araşdırmadan sonra iranlı elitalar tərəfindən qabaqcıl nano katalizator texnologiyasının təqdimatı

Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini Noyabrın 28-i səhər, elm təməlli bir şirkətin elitaları tərəfindən istehsal edilən nanokatalizatoru təqdim edib. Bu katalizatorun istehsalı 300 milyon dollar həcmində valyuta qənaətinə səbəb olacaq.

Noyabrın 28-i Tehranın İstiqlal şəhərciyi bu şəhərcikdə yerləşən şirkətlərin birində mühüm və strateji bir məhsulun təqdimatına şahid olub. Prezident yanında Elm, Texnologiya və Elm Təməlli İqtisadiyyat müavini Ruhullah Dehqani bu şirkətin xüsusi qonağı olub və bu məhsulu təqdim edib.

Texnologiyadan istifadə və rəqabətli məhsul istehsalı

Etilen oksid katalizatoru etilen istehsalında istifadə olunan qiymətli metallar qrupunun ən mühüm və ən hassas katalizatorlarından biridir. İranda ilk dəfə olaraq istehsal olunan asetilenin etilen axınına çevrilməsi üçün katalizatorun Qaçsaran, İlam, Bəndər İmam və Əmirkəbir neft-kimya müəssisələrində istifadə olunması gözlənilir.

Bu katalizatorun İranda illik istehlak həcmi təxminən 200 tondur. Şirkət rəsmilərinin sözlərinə görə, bu katalizatorun xarici nümunələrinin qiyməti ümumilkdə təxminən 80-90 milyon avrodur. Halbuki, daxili nümunə 47-48 miyon avroya təqdim olunur. Bu şirkət gümüş metal əvəzinə gümüş nanohissəciklərdən istifadə etməklə, bu metalın katalizatordakı istifadəsini azaltmağı və 28%-dən 18%-ə çatdırmağı bacarıb. Bu katalizatorun istehsal xətti gündə 2 ton istehsal gücü ilə fəaliyyət göstərir.

Dehqani Firuzabadi elm təməlli istehsal şirkətində bu məhsulun təqdim etmə mərasimində deyib: Bu katalizator nanotexnologiyanın tətbiqlərinin bir cilvəsidir. 18% ağırlıqda gümüş istifadəsi və xarici nümunələri ilə müqayisədə bu qədər azaldılması bu katalizatorun ucuz olması və tətbiqlərdə əlçatan olması deməkdir. Bunun özü də bugünki sanksiya şəraitində müqavimətin gücünün artması deməkdir. Bu katalizatorun bu şirkətdə istehsal olunması 300 milyon dollar həcmində valyuta çıxışının azalmasına səbəb olacaq.

O, həmçinin bildirib ki, bugün sərvət və iqtisadiyyat istehsalına gətirib çıxaran bu katalizator keçmişdəki 13-15 il elmi araşdırmaların nəticəsidir.

Şərh yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir